Bayden Finlandiya və İsveçin NATO-ya üzvlüyünü təsdiqləyən yekun sənədi imzaladı


  • 9 Avqust 2022 23:37

ABŞ Prezidenti Co Bayden ölkəsinin Finlandiya və İsveçin NATO-ya üzvlüyünü təsdiqləyən yekun sənədini imzalayıb.

E-huquq.azReuters“ə istinadən xəbər verir ki, Bayden ölkəsinin ratifikasiya sənədini imzalayaraq hər iki ölkənin alyansa üzvlüyünü alqışlayıb. Sənədin imzalanması ABŞ-ın sözügedən ölkələrin NATO-ya üzvlüyünün təsdiqlənməsi ilə bağlı sonuncu addımdır.

Bayden qeyd edib ki, sənədin imzalanması Alyans üçün dönüş nöqtəsidir və bu, sadəcə Avropa və ABŞ üçün deyil, bütün dünyada daha güclü sülh və sabitlik üçün önəmlidir.

Ötən həftə ABŞ Senatında keçirilən səsvermədə senatorlar 95 lehinə, 1 əleyhinə olmaqla Alyansın genişlənməsini dəstəkləyib. Senatdakı şiddətlli qütbləşməyə baxmayaraq, həm demokrat, həm də respublikaçı senatorlar hər iki skandinav ölkəsinin alyansa üzvlüyünü güclü şəkildə dəstəkləyiblər.

Qeyd edək ki, İsveç və Finlandiya bu il fevralın 24-də Rusiyanın Ukraynanı işğalına başlamasına cavab olaraq NATO-ya üvlüklə bağlı müraciət ediblər.

Hər iki ölkənin NATO-ya qəbul edilməsi və 5-ci maddə ilə qorunması üçün əvvəlcə 30 üzv ölkənin hər birinin parlamentində üzvlük qərarı ratifikasiya edilməlidir.

Ratifikasiya prosesinin bir ilə qədər çəkə biləcəyi billdirilir. Artıq Kanada, Almaniya və İtaliya da qərarı təsdiqləyib.

Oxşar xəbərlər