Ukraynaya 1,55 milyard dollarlıq hərbi yardım ediləcək


  • 12 Avqust 2022 13:11

Danimarkanın paytaxtı Kopenhagendə Danimarka, İngiltərə və Ukraynanın birgə ev sahibliyi etdiyi ianə konfransında 26 ölkədən Ukraynaya 1,55 milyard dollarlıq hərbi yardım vəd edilib.

E-huquq.az xəbər verir ki, Ukraynanın müdafiə naziri Aleksii Reznikovun, Böyük Britaniyanın müdafiə naziri Ben Uollesin və Danimarkanın müdafiə naziri Morton Bodskovun iştirakı ilə keçirilən ianə konfransında nazirlər bildiriblər ki, ilk olaraq əlavə maliyyə yardımı, silah sistemləri, hərbi təlimlər, çoxbarrelli raket sistemləri ilə birlikdə Ukraynaya bağışlanacaq.

“Tərəfdaşlarımız bilirlər ki, bizim maliyyələşdirməyə ehtiyacımız var və bizə maddi dəstək verməyə hazır olduqlarını bildiriblər”, - Ukraynanın müdafiə naziri Reznikov bildirib.

Qərb ölkələrinin həyata keçirdikləri maliyyə yardımının yarıdan çoxu silah tədarükü və silah istehsalının dəstəklənməsinə, qalan hissəsi isə silah və hərbi texnikaya, eləcə də hərbi təlimlərə sərf olunacaq.

Rəşid Qarayev

Oxşar xəbərlər