Rusiya Ermənistana nota verdi


  • 17 Avqust 2022 12:31

Rusiyanın Ermənistandaklı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə nota verib.

E-huquq.az TASS-a istinadən xəbər verir ki, nota İrəvanın “Surmalu” ticarət mərkəzindəki partlayışla bağlı Ermənistan mediasının Rusiyanın fərqli strukturlarını ittiham etməsinə görə verilib.

"Avqustun 14-də "Surmalu" ticarət mərkəzindəki partlayışla bağlı yerli informasiya məkanında Rusiya strukturlarının ünvanına iftira və yalan ittihamlar yer alan məlumatlardan dolayı hiddətimizi bildiririk", - deyə açıqlamada deyilir.

Rusiya səfirliyi tirajlanan belə informasiyaların bəzi siyasi qüvvələr tərəfindən Rusiya-Ermənistan müttəfiq münasibətlərinin pozulmasına yönəlmiş təxribat kimi dəyərləndirdiklərini əlavə edib.

Oxşar xəbərlər