- 22 Sentyabr 16:55
Türkiyənin milli müdafiə naziri Hulusi Akar ukraynalı həmkarı Oliksiy Reznikovla görüşüb.
E-huquq.az-ın məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Məlumata görə, nazirlər regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Görüş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukraynaya səfəri çərçivəsində baş tutub.