Məzmuna keç

Polşa Rusiyaya xəbərdarlıq etdi

Polşa Rusiyanın Kalininqrad vilayətində hipersəs raketləri yerləşdirməsinə NATO nizamnaməsinin kollektiv müdafiə ilə bağlı beşinci maddəsinin aktivləşdirilməsinə qədər adekvat cavab verməyə hazırdır.

E-huquq.az xəbər verir ki, bunu Polşa Müdafiə Nazirliyinin dövlət katibi Voytsex Skurkeviç deyib.

“NATO-nun şərq cinahında yerləşən bir ölkə olaraq biz təhlükəni tam dərk edirik və addımlarımız Rusiyanın gördüyü hərəkətlərə adekvat olacaq”- deyə, o bildirib.

O əlavə edib ki, real təhlükə yaranarsa, NATO Nizamnaməsinin 5-ci maddəsi avtomatik olaraq işə düşəcək, burada “hamı üçün, hamı bir nəfər üçün” düsturu yer alır.