Ukrayna silahlı qüvvələrinin Xarkov vilayətində otuzdan çox yaşayış məntəqəsini azad edib. Azad edilmişərazilər tam nəzarətə götürülüb.
E-huquq.az-ım UNİAN-a istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski ənənəvi axşam müraciətində məlumat verib.
“Ordu, kəşfiyyat və təhlükəsizlik xidməti bir neçə istiqamətdə aktiv hərkətlərini davam etdirir. Uğurla davam edirlər” – deyə Zelenski vurğulayıb.
