Məzmuna keç

Paşinyan: “Ermənistan Rusiyaya hərbi yardım üçün müraciət edib”

Ermənistan Rusiyaya hərbi yardım almaq üçün müraciət edib.

E-huquq.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.

O, Ermənistanın KTMT-yə Kollektiv Təhlükəsizlik Müqaviləsinin 4-cü maddəsi üzrə müraciət etdiyini də qeyd edib.