Məzmuna keç

Məhkəmə Moldovanın sabiq prezidentinin ev dustaqlığının müddətini uzadıb

Məhkəmə Moldovanın sabiq prezidenti İqor Dodonun ev dustaqlığının müddətini 11 oktyabradək uzadıb.

E-huquq.az xəbər verir ki, müvafiq qərardadı hakim Roman Mazures elan edib.

Dodon artıq 108 gündür ev dustaqlığındadır. O, korrupsiya və vətənə xəyanətdə ittiham olunur.