- 22 Sentyabr 16:55
“Son sutkada Ukraynada Rusiya ordusunun 550 hərbçisi məhv edilib”.
E-huquq.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bununla da müharibə başlayandan bəri Rusiyanın Ukraynada canlı qüvvə itkilərinin sayı 56 060-a çatıb.
Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 254 tank, 4 796 zirehli döyüş maşını, 1 355 artilleriya sistemi, 326 reaktiv yaylım atəşi sistemi, 170 hava hücumundan müdafiə sistemi, 254 təyyarə, 219 helikopter, 950 PUA, 240 qanadlı raket, 15 gəmi, 3 659 avtomobil texnikası və avtosistern, 126 xüsusi texnikadan ibarətdir.