- 15:37
Rusiyanın İjevsk şəhərində orta məktəbdə atışma nəticəsində ölənlərin sayı 15-ə çatıb.
E-huquq.az-ın Rusiya bürosunun Rusiya İstintaq Komitəsinə istinadən verdiyi məlumata görə, silahlı atışma nəticəsində 11-i uşaq olmaqla 15 nəfər həlak olub, 23 nəfər yaralanıb.
***
Rusiyanın İjevsk şəhərində orta məktəbdə silahlı şəxs 9 nəfəri öldürüb, daha sonra intihar edib.
E-huquq.az xəbər verir ki, ölənlərdən 5-i uşaqdır.
Hadisə nəticəsində yaralıların olduğu bildirilir.
Udmurtiya Respublikasının rəhbəri Aleksandr Breçalov məktəblilərin təxliyəsinin başa çatdığını qeyd edib.