Kremldə Ukraynanın 4 regionunun Rusiyaya daxil olmasına dair sazişlər imzalandı


  • 30 Sentyabr 2022 17:13

Ukraynanın dörd regionunun Rusiyaya birləşdirilməsi haqqında müqavilələr imzalanıb.

E-huquq.az xəbər verir ki, Böyük Kreml Sarayının Georgiyevsk zalında təntənəli mərasim keçirilib.

Rusiya Prezidenti Vladimir Putin və Ukraynanın dörd separatçı regionunun başçıları arasında Donentsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin Rusiya Federasiyası ərazisinə daxil olması haqqında müqavilələr imzalanıb.

Xatırladaq ki, sentyabrın 23-dən 27-nə qədər “Donetsk və Luqansk Xalq Respublikaları”nda, eləcə də Xerson və Zaporojye vilayətinin rusiyalı hərbçilərin nəzarətində olan hissəsində həmin ərazilərin Rusiyanın tərkibinə daxil edilməsi ilə bağlı “referendum” keçirilib.

Oxşar xəbərlər