- 11:49
Suriyanın “Fərat Qalxanı” əməliyyatı bölgəsində baş verən qarşıdurmada Türkiyənin Samsun Özəl Hərəkat İdarəsinin polis məmuru Mustafa Çalışqan şəhid olub.
E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin Baş Polis İdarəsi məlumat yayıb.
Bildirilib ki, M.Çalışqan atışmada yaralanaraq xəstəxanaya qaldırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.