Məzmuna keç

Paşinyan Qazaxıstanda səfərdədir

Ermənistanın baş naziri Nikol Paşinyan Qazaxıstanın paytaxtı Astanada səfərdədir.

E-huquq.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, məlumatı Ermənistan hökumətinin mətbuat xidməti yayıb.

Bildirilib ki, onu Astanada beynəlxalq hava limanında Qazaxıstan baş nazirinin müavini Roman Sklyar qarşılayıb.

Qeyd edək ki, oktyabrın 14-də Astanada MDB Dövlət Başçıları Şurasının sammiti keçiriləcək.