Məzmuna keç

Tehran prokuroru Evin həbsxanasında baş verən münaqişə barədə açıqlama verdi

Şənbə günü axşam saatlarında Tehranın şimalındakı Evin həbsxanasında məhbuslar arasında baş verən dava nəticəsində başlayan yanğın söndürülüb.

E-huquq.az xəbər verir ki, dünən gecə saatlarında məhbuslar arasında münaqişə baş verib, hadisə quldurların saxlandığı qanadda başlayıb. Hüquq-mühafizə orqanları həbsxanaya nəzarəti təmin edib və yanğınsöndürənlər yanğını söndürüblər.

İran İsveç və Belçikaya nota verib

Tayvanda zəlzələ nəticəsində bir nəfər ölüb, 142 nəfər yaralanıb – YENİLƏNİB

Noru qasırğası 1 milyondan çox filippinlinin həyatına təsir edib

Tehran prokuroru Əli Salehi həbsxanada sakit mühitin olduğunu bildirib: “Evin həbsxanasındakı münaqişənin son iğtişaşlarla heç bir əlaqəsi yoxdur”.

Onun sözlərinə görə, siyasi məhbusların olduğu kamera münaqişənin baş verdiyi yerdən uzaqda yerləşir.