Məzmuna keç

Ukrayna Baş Qərargahı Rusiyanın müharibədəki itkilərini açıqladı

Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 68 420 hərbçisi məhv edilib.

E-huquq.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bundan əlavə, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 2 611 tank, 5 321 zirehli maşın, 1 674 operativ-taktiki PUA, 1 674 artilleriya sistemi, 377 reaktiv yaylım atəşi sistemi, 190 hava hücumundan müdafiə sistemi, 271 təyyarə, 248 helikopter, 4 054 avtomobil və tanker, 149 xüsusi texnikadan ibarətdir.