Məzmuna keç

KTMT-nin Ermənistanda keçiriləcək iclasının vaxtı açıqlandı

İrəvanda keçiriləcək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının iclasının vaxtı bəlli olub.

E-huquq.az xəbər verir ki, bu barədə KTMT-nin "Telegram" hesabında məlumat verilib.

“Belarus Prezidenti KTMT-nin Baş katibi ilə görüşüb. Tərəflər təşkilatın məsuliyyət zonasındakı vəziyyəti, həmçinin KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının oktyabrın 28-də keçirilmiş fövqəladə sessiyasının nəticələrini müzakirə ediblər. KTMT-nin Baş katibi Stanislav Zas Prezident Aleksandr Lukaşenkoya KTMT Kollektiv Təhlükəsizlik Şurasının noyabrın 23-də İrəvanda keçirilməsi planlaşdırılan növbəti sessiyasına hazırlıq barədə məlumat verib”, – məlumatda qeyd olunub.

Xatırladaq ki, daha əvvəl sessiyanın noyabrın sonunda keçiriləcəyi, Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətin müzakirə olunacağı bildirilib.