Məzmuna keç

Putinin G20 sammitində iştirak etməməsinin səbəbi açıqlandı

Rusiya Prezidenti Vladimir Putinin G20 sammitində iştirak etməmək qərarı onun qrafiki və Rusiyada olma zərurəti ilə bağlıdır.

E-huquq.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Bu, dövlət başçısının iş qrafiki və onun Rusiya Federasiyasında olma zəruriliyi ilə bağlı qərarı idi”, – Kremlin sözçüsü jurnalistlərin Rusiya liderinin G20 sammitində niyə iştirak etməmək qərarı verməsi ilə bağlı sualını cavablandırıb.

Qeyd edək ki, G20 sammiti 15-16 noyabrda Balidə keçiriləcək. Sammitdə Rusiyanı xarici işlər naziri Sergey Lavrovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.