Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla görüşüb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüş İndoneziyada keçirilən G-20 liderlərinin zirvə toplantısı çərçivəsində baş tutub.
Mətbuata qapalı keçirilən görüşdə xarici işlər naziri Mövlud Çavuşoğlu, xəzinə və maliyyə naziri Nurəddin Nebati, kənd təsərrüfatı və meşə təsərrüfatı naziri Vahit Kirişçi, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altun və Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın iştirak ediblər.

Rəşid Qarayev
