Məzmuna keç

İstanbulda terror aktı ilə bağlı saxlanılanların sayı 50-yə çatdı

İstanbulun Taksim meydanı, İstiqlal küçəsində törədilən terror aktı ilə əlaqədar daha 2 şəxs saxlanılıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ədliyyə naziri Bəkir Bozdağ bildirib.

Beləliklə, hadisə ilə bağlı saxlanılanların sayı 50-yə yüksəlib.

Xatırladaq ki, terror aktı nəticəsində 6 nəfər ölüb, 81 nəfər yaralanıb.