Məzmuna keç

Rusiya Ukraynaya raket zərbələri endirdi,

Rusiya hərbçilərinin Ukraynanın Zaporojye vilayətinin Volnyansk rayonunun yaşayış məntəqələrindən birinə raket zərbəsi endirməsi nəticəsində mülki obyektlər dağılıb, ölənlər var.

E-huquq.az “RBK Ukraina”ya istinadən xəbər verir ki, bu barədə vilayətin hərbi administrasiyasının başçısı Aleksandr Starux bildirib.

Onun sözlərinə görə, üç raket mülki obyektə düşüb: “İkimərtəbəli yaşayış binası dağılıb. Dağıntılar altında insanlar qalıb. Onlardan ikisi ölüb".