Məzmuna keç

Zelenski “Taxıl sazişi”nin müddətinin uzadılacağını təsdiqlədi

Ukrayna Prezidenti Vladimir Zelenski Qara dəniz “Taxıl sazişi”nin müddətinin daha 120 gün uzadılacağını təsdiqləyib.

E-huquq.az xəbər verir ki, bu barədə Ukrayna lideri "Twitter"də bildirib.

“Ukrayna, BMT Baş katibi Antoniu Qutierreş, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə ərzaq böhranına qarşı qlobal mübarizədə vacib qərar verdi. Tərəfdaşlardan – Türkiyə və BMT-dən bunun rəsmi elanını gözləyirik”, – Zelenski qeyd edib.