Məzmuna keç

Putin Paşinyanla görüşəcək

Rusiya Prezidenti Vladimir Putin İrəvana rəsmi səfəri çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla təkbətək görüş keçirəcək.

E-huquq.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı Kremlin rəsmi sözçüsü Dmitri Peskov açıqlayıb.

Xatırladaq ki, Vladimir Putin KTMT-nin iclasında iştirak etmək üçün noyabrın 23-ü İrəvanda səfərdə olacaq.