Rusiya Kiyevə raket zərbələri endirdi, ölənlər və yaralananlar var


  • 23 Noyabr 17:38

Rusiyanın hərbi qüvvələrinin Kiyevə hava zərbələri nəticəsində ölənlər və yaralananlar var.

E-huquq.az xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko "Twitter"də bildirib.

"Rusiyanın Kiyevə endirdiyi raket zərbələri nəticəsində 3 nəfər ölüb, 2 nəfər yaralanıb.

Kiyev vilayəti üzrə Milli Polis İdarəsinin rəisi Andrey Nebitov da ölənlərin olduğunu bildirib.

Qeyd edək ki, günorta saatlarından etibarən Rusiya qüvvələri Ukraynanın müxtəlif şəhərlərinə kütləvi zərbələr endirib. Ukraynanın qərbində yerləşən Lvov şəhərinin elektrik təchizatı hədəf alınıb. Lvovun meri Andrey Sadovıy bütün şəhərin elektriksiz qaldığını bildirib və sakinləri sığınacaqlara getməyə çağırıb.

Kiyevin meri bildirib ki, şəhərin kritik infrastruktur və yaşayış binaları vurulub. Kiyev və Lvovdan gələn yeni xəbərlərdən bir qədər əvvəl isə rəsmilər Ukraynanın cənubunun yenidən hücumlara məruz qaldığını bildiriblər. Nikolayev vilayətinin qubernatoru cənub və şərqdən gələn çoxlu raketlər barədə xəbərdarlıq edib.

Lvov, İvano-Frankivsk, Kiyev, Vinnitsa, Nikolayev, Çerkassı və Xersonun zərbələrə məruz qaldığı bildirilir.

Oxşar xəbərlər

  • 6 Dekabr 15:40
Zelenski Donbassa gedib