Məzmuna keç

İranda əxlaq polisi ləğv edildi

İran hakimiyyəti əxlaq polisini ləğv etmək qərarına gəlib.

E-huquq.az xəbər verir ki, bu barədə “Arab News” ölkənin Baş Prokurorluğuna istinadən məlumat yayıb.

“İranın Baş Prokurorluğu əxlaq polisinin ləğvi barədə məlumat verib”, – agentlik bildirib.

İranın baş prokuroru Məhəmməd Cəfər Montazerinin sözlərinə görə, “əxlaq polisi İslam Respublikasının hüquq-mühafizə sistemi ilə heç bir əlaqəsi olmadığı üçün ləğv edilib”.

Qeyd edək ki, daha öncə İranın hüquq orqanlarının qadınlar üçün hicabın məcburi geyinilməsi ilə bağlı qaydaların dəyişdirilməsini nəzərdən keçirdiyi bildirilib.