Zelenski Donbassa gedib


  • 6 Dekabr 2022 15:40

Ukrayna Prezidenti Vladimir Zelenski bu gün Ukrayna Silahlı Qüvvələri Günü münasibətilə videomüraciət yayıb.

E-huquq.az xəbər verir ki, bu barədə Zelenskinin rəsmi “Telegram” kanalında məlumat verilib.

Videomüraciətin Donetsk vilayətinin Slavyansk şəhərində çəkildiyi qeyd olunub.

“Mən bu günü ön cəbhədə (Ukrayna Silahlı Qüvvələri Günü-red.) bizim hərbçilərimizlə birlikdə qarşılayıram. Biz bu gün Donbasdayıq. Hərbi əməliyyatlar gedən ərazilər daha da genişlənib, mübarizə çətinləşib, qiyməti isə daha da artıb”, - Zelenski vurğulayıb.

O, Ukraynanın ərazi bütövlüyü üçün döyüşənlərə minnətdarlığını bildirib.

Oxşar xəbərlər