Dövlət katibinin köməkçisi: "ABŞ Cənubi Qafqazda sülh prosesinə yardım etməyə hazırdır"


  • 9 Dekabr 2022 19:32

"ABŞ Cənubi Qafqazda sülh prosesinə yardım etməyə hazırdır".

E-huquq.az xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla telefon danışığında bildirib.

Tərəflər Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanmasına dair fikir mübadiləsi aparıblar.

Həmçinin iki ölkə arasında sərhədlərin demarkasiyası prosesi, sərhəd təhlükəsizliyi, eləcə də regionda nəqliyyat infrastrukturlarının blokdan çıxarılmasına toxunulub.

Oxşar xəbərlər