Məzmuna keç

Moldova Rusiyanı ölkəyə hücum hazırlamaqda ittiham etdi

Moldovanın İnformasiya və Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Mustyaçe Rusiyanı ölkə ərazisinə hücum hazırlamaqda ittiham edib.

E-huquq.az xəbər verir ki, bu barədə o, “TVR Moldova” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Rusiya Moldova ərazisinə 2023-cü ilin əvvəlində hücum etməyi planlaşdırır: “Məsələ Rusiyanın Moldova ərazisinə hücum edib-etməyəcəyi deyil, bunun nə vaxt baş verəcəyidir. Bu, ya yanvar-fevralda, ya da daha sonra, yəni mart-apreldə baş verə bilər”.