Yanvarın 10-da NATO-nun baş katibi Yens Stoltenberq, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen üçüncü birgə əməkdaşlıq bəyannaməsini imzalayacaqlar.
E-huquq.az xəbər verir ki, bu barədə alyansın saytındakı press-relizdə deyilir.
İmzalanma mərasimi NATO-nun Brüsseldəki mənzil-qərargahında baş tutacaq. Bundan sonra birgə mətbuat konfransı keçiriləcək.
Qeyd edək ki, 2022-ci ilin sentyabrında Stoltenberq təhlükəsizlik və sabitliyə töhfə verəcək yeni Aİ-NATO bəyannaməsinin imzalanmasının vaxtının çatdığını bildirib. Birgə bəyannamənin 2021-ci ildə imzalanması nəzərdə tutulsa da, sonradan təxirə salınıb.
