Məzmuna keç

Türkiyədə 5 bal gücündə zəlzələ olub

Türkiyənin Egey dənizində, Çanaqqalanın Ayvacık rayonu sahillərində 5 bal gücündə zəlzələ baş verib.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Qeyd olunur ki, yeraltı təkanlar yerli vaxtla saat 10.38-də 14,95 km dərinlikdə baş verib. Zəlzələ Balıkəsir, İzmir və Çanaqqalada da hiss olunub.