Məzmuna keç

Peskov: “Ukraynanın silahlandırılması Avropanın təhlükəsizliyi üçün yaxşı heç nə vəd etmir”

“Ukraynanın Rusiya ərazisinə hücuma imkan yaradacaq silahlarla təmin edilməsi ilə bağlı məsləhətləşmələr son dərəcə təhlükəlidir”.

E-huquq.az "Haber Global"a istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Ukraynanın silahlandırılması münaqişəni yeni bir səviyyəyə çatdıracaq.

"Bu, Avropanın təhlükəsizliyi üçün yaxşı heç nə vəd etmir", – deyə Kremlin sözçüsü qeyd edib.

Xəyalə Bünyatova