Məzmuna keç

Fransada pensiya yaşının artırılmasına qarşı etirazlar başladı

Fransada pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan qanun layihəsinin əleyhinə etirazlar başlayıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, paytaxt Parisdə və digər şəhərlərdə on minlərlə insanın iştirakı ilə böyük nümayişlər gözlənilir.

Aksiya ilə əlaqədar olaraq, böyük şəhərlərdə ictimai nəqliyyatın fəaliyyətinin dayanacağı, bir çox məktəblərin bağlanacağı və ictimai xidmətlərin göstərilməyəcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, yanvarın əvvəlində ictimaiyyətə təqdim edilən qanun layihəsinə görə, 2027-ci ildən etibarən Fransada təqaüdə çıxmaq üçün 42 il deyil, 43 il işləmək lazım gələcək. Sorğulara əsasən, cəmiyyətin 68 faizi pensiya islahatlarının əleyhinədir. Hakimiyyətə yaxın hesab edilən bəzi dairələrin də qanun layihəsinə etiraz etdiyi bildirilir.

Eltac Nurullazadə