Məzmuna keç

Ukraynanın nazir müavini saxlanıldı

Ukrayna icmalar, ərazilər və infrastruktur nazirinin müavini Vasili Lozinski saxlanılıb.

E-huquq.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, Ukraynanın Milli Antikorrupsiya Bürosunun axtarışlarından sonra Lozinski bölməyə aparılıb.

Məlumata görə, istintaq Cinayət Məcəlləsinin 364-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 368-ci (vəzifəli şəxs tərəfindən külli miqdarda təklifi, vədi qəbul etmə və ya qanunsuz mənfəət əldə etmə) maddələri ilə aparılır.