Almaniya İsveçin paytaxtı Stokholmda aksiya zamanı Qurani-Kərimin yandırılmasını pisləyib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Kristian Vaqner jurnalistlərə açıqlamasında Qurani-Kərimin yandırılmasını hörmətsizlik kimi qiymətləndirib.
"Bu, hörmətsizlik və son dərəcə yersiz hərəkət idi", – deyə o bildirib.
Vaqner bu cür təxribatların parçalanmalara səbəb olduğunu və belə hərəkətlərə həmrəylik və birliklə cavab verilməli olduğunu deyib. O, Avropanın bütün dinlərin birgə yaşamasının tərəfdarı olduğunu vurğulayıb.
Xatırladaq ki, yanvarın 21-də İsveç dövlət qurumları Türkiyənin Stokholmdakı səfirliyi yaxınlığında etiraz aksiyası keçirilməsinə icazə verib. Aksiya zamanı Qurani-Kərim yandırılıb.
Eltac Nurullazadə
