Putin Rusiyada dərmanların bahalaşmasından narazılıq etdi


  • 24 Yanvar 2023 18:29

Rusiya Prezidenti Vladimir Putin Moskvada hökumət rəsmiləri ilə görüşündə ölkənin dərman sektoru ilə bağlı vəziyyəti müzakirə edib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Putin Rusiyanın dərman istehsalını artırmasına rəğmən, qiymətlərin bahalaşdığını deyib.

O, dərman ehtiyatının formalaşdırılmalı olduğunu bildirib.

“Keçən ilin ilk üç rübündə dərman istehsalını 22 faiz artırdıq və bazarın 60 faizini Rusiyada istehsal olunan dərmanlar təşkil edir. Ancaq bəzi dərmanların qiymətləri qalxıb. Vaxtında müəyyən dövrlər üçün ehtiyat yaratmaq lazımdır. Təbii qazı tələbatın çox olduğu qış və payız dövrlərini keçmək üçün yeraltı anbarlara vururuq. Eyni şeyi pərakəndə sektor üçün də edirik. Təbii ki, əczaçılıq sənayesində fərqli nüanslar var, amma eyni yanaşma sərgilənə bilər", - deyə Rusiya Prezidenti qeyd edib.

Eltac Nurullazadə

Oxşar xəbərlər