Bill Qeyts: "Rusiya-Ukrayna müharibəsi hədəflərimizə nail olmağımıza mane olur"


  • 25 Yanvar 2023 12:47

"Microsoft"un qurucusu Bill Qeyts Rusiya-Ukrayna müharibəsinin qlobal inkişafa təsirləri barədə danışıb.

E-huquq.az xarici mediaya istinadən məlumatına görə, Qeyts bildirib ki, müharibə BMT-nin Dayanıqlı İnkişaf üçün 2030 Gündəliyinin icrasına mane olacaq.

"Ukraynadakı müharibədə resursların boşa getdiyini düşünürəm. Bu, dəhşətdir. Müharibə inkişaf etməkdə olan ölkələrə böyük təsir göstərir. Bu müharibəni nə qədər tez bitirsək, bir o qədər yaxşıdır. Əks halda, məqsədlərə nail ola bilməyəcəyik", - deyə o qeyd edib.

Eltac Nurullazadə

Oxşar xəbərlər