Zelenski Almaniyaya təşəkkür etdi


  • 25 Yanvar 2023 18:49

Ukrayna Prezidenti Volodimir Zelenski Almaniyaya 14 ədəd “Leopard 2” tankı göndərmək barədə qərarına görə təşəkkür edib.

E-huquq.az xəbər verir ki, bu barədə o, "Twitter" səhifəsində bildirib.

"Az öncə Almaniya kansleri Olaf Şoltsla telefon söhbətimdə vaxtında verilən bu qərarla bağlı danışdıq. Kanslerə və Almaniyadakı bütün dostlarımıza minnətdaram", - deyə Zelenski qeyd edib.

Eltac Nurullazadə

Oxşar xəbərlər