“Rusiya rejimi Cənubi Qafqazda etnik münaqişə yaratmaq və İrəvanda hakimiyyəti Moskvanın proksisi ilə əvəzləmək üçün Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməniləri manipulyasiya edir”.
E-huquq.az xəbər verir ki, bu barədə “The Washington Times” qəzetində yer alan məqalədə deyilir.
Qeyd olunur ki, Rusiya hazırda Ermənistanın Baş naziri Nikol Paşinyanı separatçı “Dağlıq Qarabağ respublikası”nın “dövlət naziri” erməniəsilli rusiyalı biznesmen Ruben Vardanyanla əvəz etməyə hazırlaşır. “Vardanyan Ermənistanın yeni milli lideri roluna namizəddir və Rusiya tərəfindən tam siyasi, maliyyə və media dəstəyi ilə növbəti parlament seçkilərində iştirak etməyə hazırlaşır”.
Həmçinin bildirilir ki, Rusiyanın ən varlı şəxslərindən biri olan Ruben Vardanyanın Rusiya Prezidenti Vladimir Putinlə kifayət qədər yaxın əlaqələri var.
Eltac Nurullazadə
