“Putin mənim üçün heç kimdir” – Zelenski


  • 26 Yanvar 2023 14:45

“Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar mənim üçün maraqlı deyil”.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “SkyNews”a müsahibəsində deyib.

O, müharibənin tezliklə dayandırılmasını istəyib: “Bu, mənə maraqlı deyil. Onunla görüşmək, danışmaq maraqlı deyil. Rusiyada qərarları kimin qəbul etdiyini həqiqətən anlamıram. Sadəcə onların müharibəni mümkün qədər tez dayandırmasını və ölkəmizi tərk etməklərini istəyirəm".

Zelenski, həmçinin danışıqlar üçün artıq həddindən artıq gec olub-olmaması barədə suala “Genişmiqyaslı hücumdan sonra Putin mənim üçün heç kimdir” cavabını verib.

Eltac Nurullazadə

Oxşar xəbərlər