Böyük Britaniyanın Milli Kibertəhlükəsizlik Mərkəzi xaker hücumları ilə bağlı xəbərdarlıq etdi


  • 26 Yanvar 2023 15:16

Böyük Britaniyanın Milli Kibertəhlükəsizlik Mərkəzi (NCSC) Rusiya və İran xakerlərinin mümkün hücumları barədə xəbərdarlıq edib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, xakerlərin İngiltərədə ayrı-ayrı şəxsləri və qurumları hədəfə almağa davam etdiyi bildirilib.

"Rusiyadan idarə olunan "SEABORGIUM" və İrandan idarə olunan "TA453" xaker qrupları məlumatları ələ keçirmək üçün fişinq hücumlarını məharətlə həyata keçirir", - deyə məlumatda qeyd olunub.

Bildirilib ki, xakerlər hədəflərinə nail olmaq üçün tanınmış mütəxəssislərin adından yaradılan saxta sosial şəbəkə səhifələri ilə yanaşı, müxtəlif saxta tədbir və ya konfrans dəvətnamələrindən də istifadə edirlər.

Eltac Nurullazadə

Oxşar xəbərlər