Çavuşoğlu: "Avropada irqçilik və islamafobiya artmaqdadır"


  • 26 Yanvar 2023 17:39

"Avropada irqçilik və islamafobiya artmaqdadır. Bu, xəstəliyə çevrilib və sürətlə yayılır. İsveçdə Qurani-Kərimin yandırılması da açıq nifrət cinayəti və irqçilikdir. Heç kim bunu bizə fikir azadlığı kimi izah etməyə çalışmasın".

E-huquq.az CNN-ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Serbiyanın xarici işlər naziri İvitsa Daçiçlə birgə keçirdiyi mətbuat konfransında deyib.

"Əgər İsveç radikal, irqçi ölkəyə çevrildiyini, islamafobiyanın azad olduğunu deyirsə, bu, onların öz işidir. Amma bu, Avropa İttifaqının normalarına ziddir. İndi terrorla mübarizə qanunlarını dəyişməli oldular. İsveç hökuməti bu alçaq hərəkətə icazə verməklə bu işə ortaq olub. Məsələ bu qədər sadədir. Bütün dünya bunu belə görür", - deyə nazir qeyd edib.

Eltac Nurullazadə

Oxşar xəbərlər