Prokuror şikayətçi olduğu sürücünü bu şərtlə bağışladı


  • 26 Yanvar 2023 18:07

Türkiyədə sükan arxasında olan prokurorla motosiklet sürücüsü Burak Çağlar arasında mübahisə yaşanıb.

E-huquq.az "Hukuki Haber"ə istinadən xəbər verir ki, motosiklet sürücüsü mübahisə zamanı qoruyucu dəbilqənin kamerasına qeydə aldığı görüntüləri daha sonra sosial şəbəkələrdə paylaşıb.

Prokuror şəxsi həyatı ilə bağlı görüntü və səsləri yaydığına sürücüdən şikayətçi olub və Eskişehir Respublika Prokurorluğunda faktla bağlı araşdırma başladılıb. Toplanan materiallar "Uzlaşdırma Bürosu"na göndərilib.

Bundan sonra dövlət ittihamçısı Burak Çağları bağışlaması üçün maraqlı şərt irəli sürüb. Belə ki, o, sürücüdən 15 məktəbli üçün palto və çəkmə almasını istəyib. Motosiklet sürücüsü şərti yerinə yetirib, alınan palto və çəkmələr orta məktəb direktoruna təhvil verilib. Bundan sonra tərəflər arasında barışıq əldə olunub.

Eltac Nurullazadə

Oxşar xəbərlər