Pakistan Prezidenti keçmiş baş nazir İmran Xanın həbs olunacağı barədə iddialara münasibət bildirdi


  • 26 Yanvar 2023 19:57

"Keçmiş baş nazir İmran Xanın həbs olunması odla oynamaq deməkdir. Bu addım ölkəni anarxiyaya sürükləyə bilər".

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri jurnlalistlərə açıqlamasında Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi deyib.

Keçmiş baş nazirlərin və ya siyasətçilərin həbsinin şiddətli müqavimətə səbəb olacağını vurğulayan Alvi bunun ölkədə qeyri-sabitlik yaradacağını qeyd edib.

Prezident, həmçinin bildirib ki, İmran Xan növbədənkənar seçkilərlə bağlı hökumətlə danışıqlara açıqdır.

Qeyd edək ki, Ədalət Hərəkatı Partiyasının sədr müavini Fəvad Çaudri Seçki Müşahidə Komissiyasının rəsmilərini və ailə üzvlərini təhdid etdiyi üçün dünən saxlanılıb. Bundan sonra Partiya sədr İmran Xanın da saxlanılacağını iddia edib.

Eltac Nurullazadə

Oxşar xəbərlər