Rusiyanın Ukraynaya raket hücumu nəticəsində dünən 11 nəfər həlak olub


  • 27 Yanvar 2023 09:35

Ötən gün Rusiyanın Ukraynaya raket hücumu nəticəsində 11 nəfər həlak olub.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar Xidməti məlumat yayıb.

Bildirilib ki, yanvarın 26-da döyüş təyyarələrindən atılan raketlər və pilotsuz uçuş aparatları (PUA) ilə təşkil edilən hücumlarda daha 11 nəfər yaralanıb.

Ümumilikdə 35 binanın zərər gördüyü, daha çox isə Kiyevin infrastrukturuna zərər dəydiyi qeyd olunub.

Ukrayna Baş Qərargah rəisi Valeriy Zalujnı isə ötən gün verdiyi açıqlamada yanvarın 26-da Rusiya tərəfindən Ukrayna ərazisinə 55 raket atıldığını, onlardan 47-nin zərərsizləşdirildiyini bildirmişdi. Həmçinin Rusiya ordusuna məxsus 24 PUA-nın Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən məhv edildiyini qeyd etmişdi.

Eltac Nurullazadə

Oxşar xəbərlər