Bəkir Bozdağ seçkilərdə saxtakarlığa yol verilməsi ilə bağlı iddialara münasibət bildirdi


  • 27 Yanvar 2023 12:27

"Yüksək Seçki Qurumu Türkiyənin ən etibarlı qurumlarından biridir və indəyək bir çox seçki prosesini uğurla idarə edib. Bu, bir çox xarici müşahidəçilər və yerli siyasi partiyalar tərəfindən də yüksək qiymətləndirilib".

E-huquq.az "Anadolu"ya istinadən cənbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ deyib.

O, seçki prosesinin saxtakarlığa yol verilməsi ilə bağlı səslənən fikirlərin əsassız olduğunu bildirib.

"Seçkiləri siyasi partiyalar keçirir, Yüksək Seçki Qurumu isə seçki prosesi ilə bağlı şikayətləri dəyərləndirir və müvafiq qərarlar qəbul edir. Lakin cəmiyyətdə seçkini bu qurumun keçirdiyinə dair təsəvvür var. Ona görə də bəziləri "burada bir hiylə, saxtakarlıq ola bilər" deyə yalnış fikir formalaşdırmağa çalışırlar. Seçki qanuna görə seçkilərlə bağlı hər hansı saxtakarlığa yol verilməsi mümkün deyil. Bundan başqa, seçkini milyonlarla insan izləyəcək. Bütün bunlara rəğmən hər hansı saxtakarlığa yol verilə bilərmi? Yenə də deyirəm, seçkilərdə saxtakarlığa yol verilməsi praktiki olaraq mümkün deyil. Kimsə bunun mümkün olduğunu deyirsə, ya seçki qanununu bilmir, ya da seçkidə məğlubiyyətinə görə indidən bəhanə yaradır. Bir sözlə, Yüksək Seçki Qurumu barədə deyilən mənfi fikirlər böyük ədalətsizlikdir", - deyə nazir qeyd edib.

Eltac Nurullazadə

Oxşar xəbərlər