Belçikada yanğın söndürənlər aksiya keçirdi - FOTO


  • 27 Yanvar 2023 18:20

Belçikada yanğın söndürənlər aksiya keçirib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, onlar iş şəraitinin və pensiya hüququnun yaxşılaşdırılmasını tələb edib.

Ölkənin müxtəlif şəhərlərindən paytaxt Brüsselə toplaşan aksiyaçılar hazırda 67 olan pensiya yaşının aşağı salınmasını istəyiblər. Onlar, həmçinin kadr çatışmazlığından da şikayət ediblər.

Yanğınsöndürənlərin ölkənin daxili işlər naziri Annelies Verlinden ilə görüşü gözlənilir.

Eltac Nurullazadə

Oxşar xəbərlər