Türkiyədə polis mirasa görə ailə üzvlərini öldürdü - FOTO


  • 27 Yanvar 2023 18:32

Türkiyədə polis mirasa görə ailə üzvlərini öldürüb.

E-huquq.az Türkiyə Mətbuatına istinadən xəbər verir ki, hadisə Bursa şəhərində baş verib.

Adem Ergüner adlı polis mirasa görə aralarında yaşayan mübahisə zamanı anası Bedriye Ergüner, qardaşı Remzi Ergüner, onun həyat yoldaşı Fatma Ergüner və digər qardaşı Mehmet Ergüneri tapança ilə atəş açaraq yaralayıb. Daha sonra o, hadisə yerindən qaçıb.

Anası Bedriye Ergüner, qardaşı Remzi Ergüner, onun həyat yoldaşı Fatma Ergüner hadisə yerində ölüb. Yaralı Mehmet Ergüner isə xəstəxanaya çatdırılıb.

Polis qısa müddətdə hadisəni törədən Adem Ergüneri yaxalaya bilib.

Faktla bağlı araşdırma başlayıb.

Eltac Nurullazadə

Oxşar xəbərlər