Almaniya: "Ukraynanı dəstəkləyirik, amma müharibədə tərəf deyilik"


  • 27 Yanvar 2023 18:49

"Biz Ukraynanı dəstəkləyirik, amma müharibədə tərəf deyilik".

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Almaniya hökumətinin sözçüsünün müavini Kristian Hoffman XİN başçısı Annalena Baerbokun fikirlərinə aydınlıq gətirərkən deyib.

O, Almaniya kansleri Olaf Şoltsun da hər zaman Rusiyanın Ukraynaya qarşı müharibəsində NATO və Almaniyanın tərəf olmadığını bəyan etdiyini vurğulayıb.

Qeyd edək ki, yanvarın 24-də Avropa Şurasınnın Strasburqda keçirilən iclasında Almaniyanın xarici işlər naziri Annalena Baerbok, “Biz bir-birimizə qarşı deyil, Rusiyaya qarşı müharibə edirik" ifadəsini işlətmişdi.

Eltac Nurullazadə

Oxşar xəbərlər