- 10:26
Monqolustanın cənub-şərqindəki Dornoqovi vilayətində qum fırtınası baş verib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, fırtına səbəbindən görmə məsafəsi azalıb.
Qeyd edək ki, Dornoqovi əyaləti ölkənin cənubundakı Qobi səhrası səbəbindən səhralaşmadan ən çox zərər çəkən əyalət kimi tanınır. 2021-ci ildə Monqolustan Prezidenti Uxnaaqiyn Xürelsüx iqlim dəyişikliyi və səhralaşma ilə mübarizə çərçivəsində 2030-cu ilə qədər bir milyard ağac əkmək kampaniyası başladıb.
Eltac Nurullazadə