Kreml: "Qərbin Ukraynanı silahlandırması gərginliyi artırır"


  • 30 Yanvar 16:30

"Qərbin Ukraynanı silahlandırması gərginliyi artırır".

E-huquq.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

"Ukrayna getdikcə daha çox silah istəyir. Qərb isə Ukraynanı silahla təmin etməyə hazır olduğunu bildirir. Bu, NATO ölkələrinin getdikcə daha çox birbaşa müharibəyə daxil olması ilə gərginliyin artmasına gətirib çıxarır. Bu, hadisələrin gedişatını potensial olaraq dəyişdirə bilməz. Xüsusi hərbi əməliyyat davam edəcək”, - deyə o qeyd edib.

Eltac Nurullazadə

Oxşar xəbərlər