Ukraynanın müvəqqəti işlər vəkili İran XİN-ə çağırıldı


  • 30 Yanvar 2023 17:05

Ukraynanın Tehrandakı müvəqqəti işlər vəkili Yevgeniy Kravçenko İran Xarici İşlər Nazirliyinə çağırılıb.

E-huquq.az xəbər verir ki, bu barədə məlumatı “Tasnim” xəbər agentliyi yayıb.

Məlumata görə, buna səbəb Ukrayna Prezidentinin müşaviri Mixail Podolyakın İranın Müdafiə Nazirliyinin obyektlərinə dron hücumu barədə açıqlaması olub.

Qeyd edək ki, Podolyak öz rəsmi "Twitter" səhifəsində etdiyi paylaşımda İran Müdafiə Nazirliyinin İsfahan və Azərşəhr şəhərlərində yerləşən hərbi obyektlərinə dron hücumlarının hazırda Ukraynada baş verən hadisələr və İranın Rusiyaya yardımı ilə əlaqəli ola biləcəyinə eyham vurub. O, “Ukrayna sizə xəbərdarlıq etmişdi” deyə qeyd edib.

Eltac Nurullazadə

Oxşar xəbərlər